Səni mənim qədər sevən birini tap

19 Ocak 2015
2 131
0
[center]Səni mənim qədər sevən birini tap
Səni mənim qədər sevən birini tap

Bəzən insanlar düşünər, "Həyatın mənası nədir deyə... Bunu zaman zaman mən də düşünürəm. Heç olmasa səni tanıyana qədər düşünürdüm. Gerçəklərin ağrılı olduğunu və buna görə acıların gerçək olduğunu izah edən bir zarafatı xatırladım. Halbuki bilirsənmi, bütün acılar şirindir. Çünki həyat sanıldığı qədər mərhəmətsiz və acılı deyil.



Yalnız həyatdakı duya bilməlisən, öz istədiyin kimi yaşaya bilməlisən. Ətrafın nə deyəcəyini əhəmiyyətli hesab etmədən. Çünki sən yaşaya bilmədiklərin ilə ölüb getdiyində ətrafın sənə bir köməyi olmayacaq.



Özünü azad burax, nə hiss edirsənsə onu et. Bizim etdiyimiz kimi "Etməyin lazım olanı et." Burax duyğularını pərdələməyi, burax çaylar kimi çoşsun. Sevdiyinin əlini buraxıb səhv etdiyini düşünmə! Əgər onun həqiqətən axtardığın olduğuna inanırsansa, bərk qucaqla onu, onunla yaşa, onu buraxma.



Günün birində bəlkə anlarsan nə qədər sevə biləcəyini, nə qədər sevildiyini və nə qədər sevilə biləcəyini. Amma iş işdən keçmiş, səni sevən getmiş, itmiş ola bilər. Bax o zaman kədərlənmə vaxtıdır. Yerli yersiz ağlama vaxtıdır. Bax o zaman ətrafına dönüb, "İndi nə edəcəyəm?" deyə soruşma vaxtıdır. Alacağın cavabı sənə söyləyim: "Bilmirəm" deyəcəklər. Mən bilirəm halbuki, sən də bilirdin. Həmişə bildin onsuz da, amma elə olmadın. Amma artıq sən də bilirsən, bilirsən ki, heç olmasa bir dəfə həqiqətən sevildin. Və yenə bilirsən ki bu sevgi bitməyəcək. Heç olmasa mən bitənə qədər



Yaşa... Doğru bildiyin insanı tap və onunla yaşlan... Səni mənim kimi sevəcək birini tap... Tapa bilməsən belə axtar!




Varmı sizi hər şeydən çooox sevən biri?
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.