✦Kəfən olan gəlinlik✦

19 Ocak 2015
3 502
0
✦Kəfən olan gəlinlik✦
✦Kəfən olan gəlinlik✦


Onlar neçə ildir ki, bir-birini dəli kimi sevirdilər. Məktəbdə görmüş tanımışdılar bir-birlərini. Hüseyn Arzudan bir sinif yuxarıda oxuyurdu. Artıq onlar məktəbi bitirmişdilər. Hüseynin fikri Amerikada təhsil almaq idi. İmtahan verdi və Vaşinqtonda bir universitetdə təhsil almaq şansı yarandı. O bundan imtina edə bilməzdi. O getdi. O çox sevdiyi Arzusunu Bakıda qoyub getdi. Onlar ayrılmamışdılar. Amma necə deyərlər gözdən iraq olan könüldəndə uzaq olar. Zaman keçdikcə lap da uzaqlaşırdı sanki bu sevən könüllər. Bir neçə ay sonra ayrılıq qərarı alındı. İkisinin də qəlbi çox yanırdı. Düzdü heç kim onları ayrılığa sövq etmirdi amma... Ah o məsafələr... Lənətə gəlmiş məsafələr olmasa...

Aylar ayları, illər illəri qovaladı. Düz 5 il keçmişdi aradan. Nə az, nə çox o boyda 5 il keçmişdi. Amma hələ də Hüseynin qəlbində bir parça olaraq qalmışdı Arzu. Arzu da eyni qədər sevirdi onu. Bir müddət sonra Arzuya elçi gəldi. Ailə yaxşı ailə idi. O razılıq verdi. Nə qədər acı çəksə də qəbul elədi bu evliliyi. Nişan, xına deyə-deyə bir ay sonra toy olacaqdı.
Və o gün: Arzunun toyu, nigah masası.
Nigah məmuru gəlindən soruşdu:
-Gəlin xanım, bu nigaha razılıq verirsinizmi? Yəni bir ömür Nihad bəyin xanımı olmağa razısınızmı?
Hamı o cavabı gözləyirdi. O "hə" cavabını, amma gəlindən səs çıxmadı. Cavab vermirdi Arzu gəlin. Nigah məmuru eyni sualı təkrarladı. Amma o cavab vermək əvəzinə göz yaşlarına qərq olmuşdu. Nigah məmuru sanki onun dərdini anlayaraq gözləri doldu. Zaldakılar elə bilirdi ki, o sevincindən ağlayır. Amma elə deyildi... Nə bilərdilər ki, nigah məmuru onun 5 il bundan qabaq itirdiyi sevgilisidir...


✦Kəfən olan gəlinlik✦

Əgər sizi Arzunun taleyi maraqlandırdısa deyim: Arzu o suala cavab verə bilmədi və zalı tərk etdi. Onun soyuq cəsədi Xəzərin sularından çıxarıldı. Hüseyn isə 2 həftə sonra intihar etdi.
Bu da bir sevginin həzin sonu...


✦Kəfən olan gəlinlik✦
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.