Şəhidlər anıldı

20 Ocak 2015
1 625
0
Şəhidlər anıldı
Şəhidlər anıldı



Masallı şəhər 1 nömrəli tam orta məktəbdə 20 yanvar faciəsinin 25 illiyi ilə əlaqədar keçirilən tədbirdə əvvəlcə şəhidlərin xatirəsi yad edildi. Məktəbin direktoru, Əməkdar müəllim Mirqabail Hüseynov çıxışında qeyd etdi ki, 20 yanvar hadisələri müstəqilliyə gedən yolda böyük hadisə oldu.

Natiq müstəqilliyimizin əldə edilməsində və möhkəmlənməsində Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışdı, müasir dövrdə müstəqilliyimizin möhkəmlənməsini İlham Əliyevin adı ilə bağladı.

Məktəbin tədris işləri üzrə direktor müavini, tarix müəllimi Sahil Fərzəliyev məruzəsində 20 yanvar hadisələrini və onun nəticələrini göstərdi.

Ş agirdlərin ifasında"Qanlı Yanvar” bədii kompozisiyası təqdim edildi.

Rayon icra hakimiyyəti başçısı aparatının nümayəndəsi Nuranə Əliyeva qanlı "20 Yanvar” mövzusu ətrafında danışdı, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində fikir və tövsiyələrini verdi.



Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.