Emin Ağalarov-"Leyla onlara daha çox vaxt ayırır"...

21 Ocak 2015
4 918
0
Emin Ağalarov-"Leyla onlara daha çox vaxt ayırır"...
Emin Ağalarov-"Leyla onlara daha çox vaxt ayırır"...


Bəstəkar-müğənni Emin Ağalarov oğlanlarından danışıb.

Feat.az-ın anspress-ə istinadən məlumatına görə, Emin Ağalarov "Nərgiz" jurnalına müsahibəsində heç olmasa həftədə bir gününü onlarla birlikdə keçirdiyini deyib.

"Oğlanlarım mənim hər şeyimdi. Mən onlarla vaxt keçirməkdən böyük həzz alıram və bilirəm ki, bu, qarşılıqlıdır. Biz birlikdə oyun oynayır, idmanla məşğul oluruq", - deyə Emin Ağalarov bildirib.

Emin oğlu Əlinin daha çox anası Leylaya oxşadığını, incəsənətlə maraqlandığını deyib:

"Mikayıl isə daha çox mənə oxşayır. Çox inadkardır və istədiyini əldə etməyincə dincəlmir. Onun xüsusi bir istedadı da var, o, çoxrəqəmli ədədləri asanlıqla toplaya bilir".

O, uşaqlarının hər birinin özünəməxsus istedadı olduğunu və bunun da həyat yoldaşı Leylanın əməyinin böyük olduğunu deyib:

"Leyla onların təhsili, inkişafı ilə məşğul olur, onlara çox vaxt ayırır. Onlar birlikdə olanda Azərbaycan dilində danışırlar. Mənimlə isə uşaqlar rus, ingilis dillərində danışırlar, biz fransız dilini öyrənirik".

Ağalarov öz atası ilə münasibətlərindən də danışıb. O, müsahibəsində atasının onun üçün nümunə olduğunu deyib:

"Düzdür, bəzən biz mübahisə də edirdik. Onda mənə elə gəlirdi ki, mən nələrisə ondan daha yaxşı bilirəm. Bəlkə də mən haqlı idim. Atamın müdrikliyi ondadır ki, o məhz həmin anlarda mənə sərbəstlik verirdi. Çünki əgər valideyn övladlarını daim qoruyarsa, övlad heç nəyi öyrənməyəcək. Atam daim deyirdi: "Biznes həmişə riskdir. Əgər heç nə ilə risk etmirsənsə, bu nə risk olacaq".

Emin ailəsi ilə səmimi olsa da, şəxsi işlərdə onların qarışmadıqlarını və bunun əslində müsbət cəhət olduğunu deyib:

"Biz tez-tez bir-birimizi qonaq çağırırq. Mənim valideynlərim cavandırlar və mən onların yanında özümü rahat hiss edirəm. Mənim fikrimcə, belə münasibətlər xoşbəxtliyin əsas cəhətlərindən biridir".


Emin Ağalarov-"Leyla onlara daha çox vaxt ayırır"...

Emin Ağalarov-"Leyla onlara daha çox vaxt ayırır"...

Emin Ağalarov-"Leyla onlara daha çox vaxt ayırır"...

Emin Ağalarov-"Leyla onlara daha çox vaxt ayırır"...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.