Putin 1 günə bu 2 şəhəri tutacaq

22 Ocak 2015
1 647
0
Putin 1 günə bu 2 şəhəri tutacaq
Putin 1 günə bu 2 şəhəri tutacaq

Rusiyanın bu hücumunun qarşısı yalnız nüvə silahı ilə alına bilər
Rusiya prezidenti Vladimir Putinin ssenarisi düz getməzsə, o, bir günə Riqa və Tallini ələ keçirə bilər.

ANS PRESS-in məlumatına görə, bunu ABŞ-ın bir sıra prezidentlərinin sabiq müşaviri, məşhur politoloq Zbiqnev Bjezinski deyib.

Onun sözlərinə görə, Putin Riqa və Tallini ələ keçirəndə Qərb heç nə edə bilməyəcək.

"Deyə bilərəm ki, bu çox dəhşətlidir, insanı şoka salır. Amma biz buna qarşı heç nə edə bilmərik. Yalnız nüvə müharibəsi ilə qarşısı alına bilər. Yoxsa Putin cəmi bir günə Riqa və Tallini ələ keçirəcək", deyə Bjezinski bildirib.

Sabiq müşavir məsləhət görür ki, adı çəkilən şəhərlərdə hərbi güc artırılsın: "Bu şəhərlərdə təkcə Amerika əsgərləri Rusiya üçün təhlükəli deyil. NATO məsələyə qarışmalıdır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.