II Qarabağ savaşı qorxusu

22 Ocak 2015
1 688
0
II Qarabağ savaşı qorxusu
II Qarabağ savaşı qorxusu

Ermənistan müdafiə naziri cəbhədəki gərginlikdən danışdı
Ermənistan müdafiə naziri Seyran Ohanyan son günlər cəbhədə gərginliyin artmasından narahat olduğunu deyib.

ANS PRESS-in məlumatına görə, nazir bildirib ki, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginliyin artmasından narahat olsa da müharibə ehtimalının az olduğunu deyib:

"Onu deyə bilərəm ki, cəbhədə gərginlik davam edir. Ancaq hesab etmirəm ki, bu gərginlik genişmiqyaslı müharibəyə səbəb olsun. Birdəfəlik başa düşmək lazımdır ki, münaqişə müharibə yolu ilə həll edilə bilməz. Sülh danışıqları davam etdirilməlidir", - deyə Ohanyan bildirib.

Qeyd edək ki, Ohanyan bu açıqlamanı yenə daxili auditoriyaya hesablayaraq verib. Belə ki, son 22 gündə Ermənistan ordusunun 10 hərbçisinin itirməsi insanlarda ruh düşkünlüyü yaradıb. Erməni kəşfiyyat-təxribat qrupu hər dəfə Azərbaycan Ordusunun mövqelərinə hücum edəndə xeyli itki verərək geri çəkiliblər. Azərbaycan Müdafiə Nazirliyi isə bəyan edir ki, ermənilər 10 deyil, bundan iki dəfə artıq itki veiblər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.