Cəbhə bəyanatı verildi

23 Ocak 2015
1 501
0
Cəbhə bəyanatı verildi
Cəbhə bəyanatı verildi

Atəşkəsin pozulması zamanı ağır silahlardan istifadə edilir
“Qoşunların təmas xəttində baş verənlər ATƏT-in fəaliyyətdə olan sədri, Minsk qrupu həmsədrləri, həmçinin mənim narahatlığım üçün əsas yaradır”.

ANS PRESS xəbər verir ki, bu sözləri APA-ya açıqlamasında ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik deyib.

O, atəşkəsin pozulması zamanı ağır silahlardan istifadə və sərhəd və təmas xəttinə müdaxilə ilə bağlı xəbərlər aldığını bildirib: “Həmçinin həmin ərazilərdə tələfat barədə də məlumatlar var. Mənim ofisim yanvarın 14-də təmas xəttində monitorinq aparıb. Mən şəxsən bu monitorinqdə iştirak edə bilməmişəm, çünki Vyanada ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşdəydim. Qayıtdıqdan sonra vəziyyəti monitorinq etmək üçün Dağlıq Qarabağ və İrəvana səfər etdim. Bakıya da gələcəyəm. Hadisələrin gedişi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrini və Minsk qrupu həmsədrlərini məlumatlandırmaqda davam edəcəyəm”.

Qeyd edək ki, son günlər cəbhədə vəziyyət xeyli gərginləşib. Erməni tərəfi itkilər verdiyini təsdiqləsə də, Azərbaycan Müdafiə Nazirliyi ordumuzun heç bir itki vermədiyini, bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət etdiyini açıqlayıb.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.