İrəvanı ciddi fəlakət gözləyir

24 Ocak 2015
1 299
0
İrəvanı ciddi fəlakət gözləyir
İrəvanı ciddi fəlakət gözləyir

Ermənistanda son dörd ildə inflyasiya 24,2% təşkil edib
Ermənistanın "Aykakan jamanak" qəzeti ölkə iqtisadiyyatının real göstəriciləri ilə bağlı məqalə dərc edib. Yazıda son dörd il ərzində Ermənistanda inflyasiyanın 24,2% təşkil etdiyi bildirilir.

ANS PRESS-in məlumatına görə, qəzet Milli Statistika Xidmətinə istinadla qələmə alıb ki, ölkədə həyat səviyyəsinin ağırlaşması, qiymətlərin 24 faiz bahalaşması, bunun kompensasiya edilməməsi, maaşların qiymət artımına uyğunlaşdırılmaması böyük çətinlik yaradır.

Bundan əlavə, bu dövrdə Ermənistanda əmək haqqının ekvivalenti 46 faiz yüksəlib, milli valyuta - dram dəyərini dollar qaşılığında 15 faiz itirib. Bu isə, qarşıdakı dövrdə ölkənin iqtisadi cəhətdən tam çökməsinə, rəsmi İrəvanın ciddi fəlakətə düçar olmasına gedən yolun başlanğıcıdır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.