"Facebook" nasazlığın haker hücumu üzündən baş verdiyini inkar edir

29 Ocak 2015
1 252
0
"Facebook" nasazlığın haker hücumu üzündən baş verdiyini inkar edir
"Facebook" nasazlığın haker hücumu üzündən baş verdiyini inkar edir


“Facebook” sosial şəbəkəsi bu gün işində baş vermiş nasazlığın haker hücumu üzündən deyil, mühəndislərin səhvindən baş verdiyini bəyan edib. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

Sosial şəbəkənin nümayəndəsi BBC telekanalına deyib: "Nasazlıq kənar müdaxilələr nəticəsində deyil, bizim konfiqurasiya sistemlərimizə təsir edən dəyişiklikləri tətbiq etdiyimizə görə baş verib. Biz problemi həll etmək üçün cəld hərəkət etdik və hər iki servisimiz (“Facebook” və “Instagram”) yenidən hamı üçün 100 faiz əlçatandır".

Bundan əvvəl “Malaysia Airlines” aviaşirkətinin saytına müdaxilə etmiş və “İslam Dövləti” terrorçu qruplaşması ilə əlaqəsi olduğu güman edilən “Lizard Squad” qruplaşmasının hakerləri “Facebook” və “Instagram” sosial şəbəkələrinin, eləcə də digərlərinin işini pozmağa nail olduqlarını bəyan etmişdilər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.