Cəbhədə atəş dayandırılmalıdır

27 Ocak 2015
1 431
0
Cəbhədə atəş dayandırılmalıdır
Cəbhədə atəş dayandırılmalıdır

Həmsədrlər Qarabağla bağlı xüsusi bəyanat veriblər
ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra bəyanat yayıblar.

ANS PRESS-in APA-ya istinadən verdiyi məlumatına görə, bəyanatda qeyd olunub ki, həmsədrlər görüşdə qoşunların təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində baş verən son toqquşmalarla bağlı narahatlıqlarını ifadə edilib: “İlin əvvəlindən başlayan gərginlik etimadın bərpası və Dağlıq Qarabağ danışıqlarında irəliləyiş naminə dayandırılmalıdır. Biz Azərbaycanı münaqişənin dinc yolla həlli üçün öz öhdəliklərini yerinə yetirməyə, həmçinin Ermənistanı gərginliyin qarşısının alınması üçün lazımi addımlar atmağa çağırırıq. Tərəflər atəşkəs müqaviləsinin şərtlərinə təmkinlə yanaşmalıdır. Zorakılıq sülh naminə göstərilən səylərin üstündən xətt çəkir”.

Sənəddə həmçinin bildirilib ki, E. Məmmədyarovla görüşdə nizamlanma prosesində növbəti mümkün addımlar, o cümlədən yekun sülh sazişinə aparan danışıqlar müzakirə edilib: “Biz nazirə öz mandatımızı xatırlatdıq. Danışıqlar prosesinə, həmsədrlər və ATƏT müşahidəçilərinin fəaliyyəti ilə bağlı səslənən tənqidlərdən narahat olduğumuzu bildirdik. Biz cəbhə xəttində və Azərbaycan-Ermənistan sərhədində baş verən arzuolunmaz insidentlərin qarşısını almaq üçün tədbirlərin əhəmiyyətini vurğuladıq. Həmçinin BQXK himayəsi altında əsir və itkin düşənlər barədə məlumat mübadiləsinin təşkili ilə bağlı müzakirələr apardıq”.

Qeyd edək ki, həmsədrlər yaxın günlərdə Ermənistan xarici işlər na
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.