Namaz qılan kişi,evlilikdən öncə evlənəcəyi qadınla əl-ələ tuta və ya onu öpə bilərmi?

31 Ocak 2015
2 597
0
Namaz qılan kişi,evlilikdən öncə evlənəcəyi qadınla əl-ələ tuta və ya onu öpə bilərmi?
Namaz qılan kişi,evlilikdən öncə evlənəcəyi qadınla əl-ələ tuta və ya onu öpə bilərmi?

Bir kişi və qadının nigahsız olaraq əllərinin bir-birinə dəyməsi və tək qalmaları caiz deyil, haramdır.
Məhrəm olmayan qadına baxmaq haram olduğuna görə, onlara toxunmaq və ya tokalaşmaq (əllə görüşmək) mütləq haramdır.
Toxunmaq belə haram olduğuna görə, indi öpməyi də özünüz düşünün ?
Allah`ın əmrlərinə tabe olub, O`ndan qorxmaq məsələsində ilk sırada elə namaz qılanlar durmalı və digər insanlara da örnək olmalıdırlar. Sizin namaz qıldığınızı bilən biri belə hərəkət etdiyinizi görsə,bilsə bunun caiz olduğunu düşünəcək və özüdə belə edəcək, hələ başqalarına da bunun caiz olduğunu deyə bilər. O zaman onların da günahı sizə yazılacaq. Çünki pis cığır açdınız. Yəni namaz qılan birinin belə məsələlərdə namazsız insanlardan bir fərqliliyi yoxdur, tam əksinə.
Bizim namaz qılmağımızın səbəblərindən biri də bizi belə çirkin işlərdən çəkindirməsidir.
"Həqiqətən, namaz çirkin (fəhşə) və pis işlərdən (munkər) çəkindirir..." (Ənkəbut surəsi, 29/45)
Peyğəmbər sallallahu aleyhi və səlləm bir hədisi-şərifində belə buyurur:
"Sizdən biriniziz başına iynə ilə dürtülməsi onun üçün halal olmayan bir qadına toxunmaqdan daha xeyirlidir."(Təbərani, Mucəmu'l Kəbir, 20/212)

İrəlidə evlənəcək iki cütün, sadəcə yanlarında qohumlarından bir adam olmaq şərtiylə bir yerdə oturub yalnız danışmaları caizdir, hətta sünnədir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.