Müsəlman olan ilk uşaq
Bir gün, Əli radiAllahu anhu 10 yaşında olanda, o təəccüblü bir şey görür. Məhəmməd səllAlahu aleyhi və səlləm başı düz, əlləri isə sinəsinə sıxılmış formada dayanmışdı. Onun həyat yoldaşı Xədicə radiAllahu anha də eyni hərəkətləri edərək, onun yanında dayanmışdı.
Əli onlara tamaşa etdiyi vaxt, Məhəmməd səllAllahu aleyhi və səlləm və Xədicə radiAllahu Anha torpağa tərəf əyildilər. Bir anlıq bu vəziyyətdə dayanıb, yenidən dikəldilər. Əliyə bütün bunlar çox maraqlı gəldi. Sonra baxdı ki, onlar əllərini dizlərinə qoydular və sonra isə alınlarını torpağa qoydular.
"A, nə təəccüblü şeydir”, Əli radiAllahu Anhu düşündü. "Mən müxtəlif bütlər qarşısında əyilən insanları çox görmüşəm, amma burda heç bir büt yoxdur. Məhəmməd səllAllahu aleyhi və səlləm və Xədicə radiAllahu anha yüz faiz heç bir bütə ibadət etmirlər. Onlar kiməsə Başqasına ibadət edirlər.”
Əli çox həssas uşaq idi. O, Məhəmmədin səllAlahu aleyhi və səlləm nə etdiyini tam başa düşməsə də, bir şey aydın idi: O, ibadət edir. O, düşündü ki, Məhəmməd səllAlahu aleyhi və səlləm gözə görünməyən Allaha ibadət edir. Əli Bu gözə görünməyən Allahın kim olduğunu öyrənmək istəyirdi.
Məhəmməd səllAlahu aleyhi və səlləm namazını qurtaran kimi, Əli ondan nə etdiyini soruşdu. Məhəmməd səllAlahu aleyhi və səlləm Əlinin ona bu sualı verdiyi üçün sevindi. O, gülümsədi və dedi: "Diqqətlə qulaq as, oğlum! Xədicə və mən Allaha ibadət edirdik. O, yeganə və həqiqi Allahdır. Ondan başqa tanrı yoxdur. Allah məni Özünə elçi seçib. O, mənə Öz xəbərdarlığını insanlara çatdırmağı əmr etmişdir. Bu, onun xəbərdarlığıdır və mən onu insanlara çatdırmalıyam. Onlar bütün yalançı tanrıları tərk edib, yalnız Ona ibadət etməlidirlər. Onlar, yalnız Ona tabe olmalıdırlar, çünki O, yeganə və həqiqi tanrıdır.”
Məhəmməd səllAlahu aleyhi və səlləm sonra Əlinin gözünün içinə baxdı və dedi: "Sən bilirsən ki, səni nə qədər çox istəyirəm. Sənə öz oğlum kimi baxmışam. Səni heç vaxt aldatmamışam və yalan deməmişəm. Mən sənə indicə dediyim həqiqətə inanmağını istəyirəm. Allahdan başqa tanrı yoxdur və O, məni Özünə elçi seçmişdir.”
Əli radiAllahu anhu bilirdi ki, Məhəmməd səllAlahu aleyhi və səlləm doğru danışır, ona görə də onun dediklərinə inandı.
Həzrət Peyğəmbər səllAlahu aleyhi və səlləm buna çox şad oldu. "Xoş gəldin, Əli” – o dedi. "Sən ürəyində də bilirsən ki, mənim dediklərim həqiqətdir. Görürəm ki, sən Allahı yeganə və həqiqi tanrı olduğunu qəbul edirsən. Sən müsəlman olan birinci oğlansan!”