Ramil Səfərovun qardaşı silahla gəzir?

28 Ağustos 2014
1 950
0
Ramil Səfərovun qardaşı silahla gəzir?

Vüqar Səfərov üstündəki "Makarov" tipli tapança ilə şəkil çəkdirib
Ramil Səfərovun qardaşı silahla gəzir?

İnterAz-ın FaktXəbər-ə istinadən verdiyi məlumata görə, Azərbaycan ordusunun zabiti, Macarıstandakı Azərbaycan bayrağını təhqir edən erməni zabiti Qurgen Markaryanı qətlə yetirdiyinə görə məhkum edilmiş Ramil Səfərovun facebook-da yeni fotosu yayılıb. Şəkil zabitin qardaşı Vüqar Səfərov tərəfindən "Qardaşımla fəxr edirem, Allah qorusun" statusu ilə paylaşılıb.


Fotoda ən diqqət çəkən məqam isə Vergilər Nazirliyində müvəkkil vəzifəsində çalışan Vüqar Səfərovun üstündəki "Makarov" tipli tapança olub.

Xatırladaq ki, 2004-cü ilin yanvar ayında MN-in sərəncamı ilə NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən 3 aylıq ingilis dili kurslarına ezam olunan Ramil Səfərov Vətənə dönməyə 20 gün qalmış – fevral ayının 19-da kurslarda iştirak edən Qurqen Markaryan adlı erməni zabitini Azərbaycan bayrağını təhqir etdiyinə görə qətlə yetirib. Elə həmin tarixdə Budapeştin hüquq-mühafizə orqanları tərəfindən həbs olunub. Budapeşt Şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilmişdi. Lakin 31 avqust 2012-ci ildə Bakıya gətirilir. Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2012-ci il tarixli Sərəncamı ilə cəza çəkməkdən azad edilərək əfv edilib.

Qeyd edək ki, Ramil Səfərov bu yaxınlarda ata olub.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.