8 yaşlı oğlan Messi ilə görüşünə bir saat qalmış öldü

06 Şubat 2015
1 475
0
8 yaşlı oğlan Messi ilə görüşünə bir saat qalmış öldü
8 yaşlı oğlan Messi ilə görüşünə bir saat qalmış öldü


Yeniyetmə arzusuna çata bilməyib.

Kosta-Rikadan olan 8 yaşlı Qabriel kumiri – "Barselona" və Argentina millisinin futbolçusu ilə görüşünə 1 saat qalmış ölüb.

Oğlan mədə xərçəngindən əziyyət çəkirmiş və Messi ilə görüşməyi arzulayırdı. Onun doğmaları "Barselona" ilə əlaqə yaradıblar və futbolçu ilə görüşmək üçün İspaniyaya gediblər.

Görüş fevralın 1-də "Vilyareal"la oyundan əvvəl keçirilməliydi. Lakin yeniyetmə arzusuna çatmayıb və Madrid-Barselona təyyarə reysinə minik başlamadan dünyasını dəyişib.

"Barselona" klubu Qabrielin valideynlərinə başsağlığı verib və oğlanın cənazəsinin ölkəsinə aparılması xərcini üzərinə götürüb. Messinin özünün baş verənlərə reaksiyası məlum deyil. Lakin, o, fevralın 2-də komandanın məşqini şəxsi işlərinə görə buraxıb.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.