Ehtiyyatda olan hərbiçilərin təkrar xidmətə çagrilması haqda açıqlama

08 Şubat 2015
2 210
0
Ehtiyyatda olan hərbiçilərin təkrar xidmətə çagrilması haqda açıqlama
Ehtiyyatda olan hərbiçilərin təkrar xidmətə çagrilması haqda açıqlama



İlham Əliyevin təsdiqlədiyi plan icra olunur.

Dünəndən etibarən redaksiyamıza Azərbaycanın bəzi bölgələrində hərbi xidməti başa vuran gənclərin yenidən hərbi xidmətə aparılması ilə bağlı bir sıra məlumatlar daxil olub. Məlumatda qeyd olunub ki, Göyçay şəhərində hərbi xidməti bitirən gənclər yenidən hərbi xidmətə aparılır.

Məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumatı təsdiq etdilər.

Dövlət Xidmətindən bildiriblər ki, fevralın 2-dən başlayan irimiqyaslı təlimlərlə əlaqədar ehtiyatda olan hərbi vəzifəlilər təlimlərə cəlb olunub.

"Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin fevralın 2-dən başlayan irimiqyaslı təlimlərində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin respublikanın qərb bölgəsində yerləşən şöbə və bölmələri iştirak edib.

Təlimlər zamanı hərbi birləşmə və hissələrin səfərbərlik tapşırıqlarının yerinə yetirilməsi səviyyəsinin yoxlanılması məqsədilə onların müharibə dövrünün ştatına uyğun komplektləşdirilməsi üçün ehtiyatdan hərbi vəzifəlilər və hərbi-nəqliyyat vasitələri cəlb olunub".

Xidmətdən həmçinin bildiriblər ki, hərbi vəzifəlilərin və hərbi-nəqliyyat vasitələrinin çağırılması, Silahlı Qüvvələrin hərbi hissələrinə, birləşmələrinə çatdırılması və təhvil verilməsi tələb olunan həcmdə və vaxtda, mütəşəkkil qaydada həyata keçirilib.


""Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" qanuna müvafiq olaraq bu işdə yerli icra hakimiyyəti orqanları iştirak edərək, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbə və bölmələrinə yaxından köməklik göstəriblər".
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.