Onlayn ödənişlər məcburi olacaq

28 Ağustos 2014
1 274
0
Onlayn ödənişlər məcburi olacaq
Hindistanın rezerv bankı bəyan edib ki, bank kartları vasitəsilə aparılan bütün onlayn tranzaksiyalar yerli banklar üzərindən milli valyuta vasitəsilə həyata keçirilməlidir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni qayda oktyabrın 31-dən etibarən qüvvəyə minir.

Onlayn ödənişlər məcburi olacaq
Bu tədbir Google Play, Amazon və Uber kimi xarici internet-şirkətlərin fəaliyyətinə neqativ təsir göstərə bilər.
Hazırda Hindistan istifadəçiləri bütün tranzaksiyaları beynəlxalq ödəniş şlüzləri üzərindən həyata keçirir. Eyni zamanda, yeni qayda Hindistan ödəniş sistemlərinə və banklarına əlavə gəlir gətirə bilər.


Hindistan Amerikanın Uber, Amazon və Google şirkətləri üçün vacib bazardı. Uber üçün bu, ABŞ xaricində ən iri bazardır.
Amazon Hindistanda fəaliyyətini genişləndirməyə 2 milyard dollar sərmayə qoymaq niyyətindədir. Bu ölkə eyni zamanda Amazonun kopterlər vasitəsilə məhsulların təchizatını təşkil edən ilk ölkə ola bilər. Uber və Amazonun Hindistan rəqibləri var - bu, Olacabs taksi sifarişi servisi və Flipcart internet-hipermarketidir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.