Ağıllı masa

09 Şubat 2015
2 717
0
Ağıllı masa
Ağıllı masa

Kompyuterləşdirilmiş sensor masaların istehsalı sahəsində etibar qazanmış “Ideum” şirkəti daha bir yeni məhsulunu təqdim edib – “ağıllı” qəhvə masası.

Qurğunun “Duet” adlanması heç də təsadüfi deyil, çünki masanın konstruksiyası iki müstəqil hesablama sistemini nəzərdə tutur. Onlardan biri “Android 4.4 KitKat” əməliyyat sistemi ilə idarə edilir, ikincisi isə “Windows 8” ilə. Bununla istifadəçi lazım olan funksiyaları idarə etmək üçün ona daha uyğun gələn sistemi seçə bilər.

Masanın texniki xüsusiyyəti onun əyləncə üçün nəzərdə tutulması (video, internet-sörfinq, oyunlar) və vahid ev texnikası idarəetmə mərkəzinə malik olmasıdır.

Masa “Bluetooth” və “Wi-Fi” ilə təchiz edilib. Masanın üzü - 42 və 46 düym olmaqla 60 multitaç-toxunma dəstəkləyir, ekranın ölçüsü – 1920х1080 pikseldir.

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.