Uitni Hyustonun qızı sabah ölə bilər

11 Şubat 2015
1 886
0
Uitni Hyustonun qızı sabah ölə bilər
Uitni Hyustonun qızı sabah ölə bilər

Dünyaca məşhur müğənni Uitni Hyustonun qızı Bobbi Kristina Braunun süni nəfəs aparatından ayrılması planlaşdırılır.


.az-ın məlumatına görə, evinin vanna otağında həyat yoldaşı Nik Qordon tərəfindən huşsuz vəziyyətdə tapılan Kristinanın beynində şiş aşkarlanmışdı.

Süni komaya salınan qızın səhhətində heç bir irəliləyiş yoxdur. Ailəsi onun sabah – anası Uitni Hyustonun dünyadan köçdüyü gündə aparatdan ayrılmasını planlaşdırır.

Rusiya mətbuatının yaydığı xəbərə görə, həkimlər hələ fevralın 8-də B.K.Braunun aparatdan ayrılmasını istəmişdilər. Amma 21 yaşlı Kristinanın atası Bobbi Braun onlardan ayın 10-na kimi gözləmələrini xahiş etmişdi. Bobbinin nənəsi isə onu həyatda saxlayan aparatın söndürülməsini, nəvəsinin anasına əbədiyyətdə qovuşmasını istəyib.
Qeyd edək ki, 2012-ci il, fevralın 11-də dünyasını dəyişən Uitni Hyuston qızına 115 milyonluq miras qoyub.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.