İnsanların yaşlarına uyğun yuxu rejimi.

11 Şubat 2015
1 967
0
İnsanların yaşlarına uyğun yuxu rejimi.
İnsanların yaşlarına uyğun yuxu rejimi.

İnsan həyatının demək olar ki, 1/3-dən çox hissəsi yuxuda keçir. Yuxu ən yaxşı istirahət növlərindən biridir. Amma bu o demək deyil ki, çox yatmaqla çoxlu istirahət etmək olar. Yatmağın da həddi-hüdudu var. Alimlərin fikrincə, hər bir insan sutkada 7-8 saat yatmalıdır. Bəzi insanlar yumşaq yorğan-döşəkdə, qu tükündən düzəldilmiş yastıqda yatmağı xoşlayırlar. Amma sübut olunub ki, yumşaq yerdə yatmaq orqanizm üçün heç də xeyirli deyil, əksinə zərərlidir.

Kadsudzo Nişinin Sağlamlıq Sistemindəki qaydalara görə, insanlar yatarkən düz və bərk yatağa üstünlük verməlidirlər. Çarpayı o dərəcədə düz və bərk olmalıdır ki, yatan adamı incitməsin. Üstünüzə saldığınız örtük o dərəcədə nazik olmalıdır ki, üşüməyəsiniz. İnsan çalışmalıdır ki, yataqda arxası üstə və düz uzanmağa nail ola bilsin. Düzdür, uzun illərin pis vərdişlərindən (üzü üstə, yanı üstə, ayaqları büküb yatmaq) yaxa qurtarmaq asan deyil. Amma iradəli olub düzgün yatmaq qaydasına əməl etmək vacibdir. Yapon aliminin təlimilərində də bildirilib ki, bu qaydaya əməl edərkən bir müddət yuxunuz qaçacaq, dərhal yanı üstə çevirilməyə cəhd göstərəcəksiniz. Amma yaddan çıxarmaq olmaz ki, əzab çəkməyə dəyər. Çünki tezliklə bunun mükafatı şirin yuxu, sağlam bədən, sağlam ruh olacaq. Qaydalara görə, arxası üstə yatan şəxsə hərdən yanı üçtə çevirilə bilər. Amma belə edəndə qəddi bükmək, büzüşmək olmaz, başlıcası isə iradəli olub bədəni yenidən arxası üstə uzanmağa məcbur etmək lazımdır.

Arxası üstə yatmağın sağlamlığa nə dəxli ola bilər?

Nişi təlimlərinə görə, düz uzanarkən bədənin bütün hissələri yükü bərabər şəkildə bölüşdürür, bir əzaya çox, digərinə az ağırlıq düşmür, qan rahat yayılır. İkincisi, əzəzələlər yumşalır. Üçüncüsü, ayaq üstə qalarkən, yaxud iş masası arxasında əyləşərkən əyilən, yerindən oynayan fəqərələr imkan tapıb düzələcək. Bundan əlavə, bərk yataq dərinin öz funksiyasını düzgün yerinə yetirməyə şərait yaradacaq, qaraciyərin sallanmış vəziyyətə düşməyə qoymayacaq. Bədənin üz qatlarında yerləşən venalar qanı geriyə, ürəyə tərəf rahat qovacaq. Bu da öz növbəsində qaraciyərin fəal işləməsini təmin edəcək. Nəticədə gün ərzində bədənə yığılan gərəksiz maddələr də orqanzimdən xaric olacaq.

Lakin düz və bərk yataqda arxası üstə yatmağın xeyiri bununla bitmir. Belə ki, hərəkətverici sinirlər müxtəlif təzyiqlərə və gərilmələrə məruz qalmır, bütün gecəni dincəlir. Yoğun bağırsaq isə qəbizlik kimi böyük bir bəladan azad olur. Yaddan çıxarmaq olmaz ki, fəqərə sütunu orqanizmin ən kövrək, ən tez sıradan çıxan hissəsisidir. İnsanın bel sütununda yerləşən 33 fəqərənin hər biri çox asanlıqla burxulub yana əyilə bilər. Fəqərə burxularkən əsəbləri və qan damarlarını sıxır, nəticədə müxtəlif xəstəliklər baş qaldırır. Müxtəlif fəqərələrin burxulması müxtəlif xəstəliklər yaradır. Məsələn, burxulma 4-cü fəqərədə baş veribsə, çox ehtimal ki, gözünüz, üzünüz, boynunuz, ağ ciyəriniz, qaraciyəriniz, ürəyiniz, dalağınız, dişləriniz, boğazınız, burnunuz, qulaqlarınız ağrıya bilər.

Nişinin tədqiqatları sübut edib ki, burxulmaya ən çox meyilli olan 1-ci və 4-cü boyun fəqərələri, 2-ci, 5-ci və 10-cu döş fəqərələri, 2-ci və 5-ci qurşaq fəqərələridir. Buna görə də tibb işçisi olmayan hər kəs bilməlidir ki, insan sağlamlığı həm qidadan, həm də fəqərə sütununun vəziyyətindən asılıdır.

Kadsudzo Nişi sübut edib ki, düzgün yatmaq qaydasına əməl edən insanların həm də ömrü uzanır.

ABŞ-da yerləşən “The National Sleep Foundation” (Milli Yuxu Fondu) açıqladığı yeni tədqiqatında müxtəlif yaş kateqoriyalarına məsləhət görülən yuxu müddətini açıqlayıb. Yeni doğulmuş körpədən ən yuxarı yaş həddinə qədər bütün yaş kateqoriyalarını əhatə edən tədqiqatı “Sleep Health” jurnalı bu həftə çap edib.

Məsləhət görülən yuxu müddəti:

- 0-3 aylıq: 14-17 saat

- 4-11 aylıq: 12-15 saat

- 1-2 yaş: 11-14 saat

- 3-5 yaş: 10-13 saat

- 6-13yaş: 9-11saat

- 14-17 yaş: 8-10 saat

- 18-25 yaş: 7-9 saat

- 26-64 yaş: 7-9 saat

- 65 və yuxarı: 7-8 saat


Müqayisə üçün deyək ki, Milli Sağlamlıq İnstitutunun tövsiyəsinə görə, yeni doğulmuşlar 16-18 saat yatmalıdırlar. Məktəbəqədər uşaqlar üçün məsləhət görülən yuxu saatı 11-12 saatdır. Yeniyetmələrə 9-10 saat, yetkin yaşda olanlara və o cümlədən, qocalara 7-8 saat yatmaq məsləhətdir.

Mütəxəssislər xəbərdarlıq edir ki, nizamsız həyat tərzi keçirən, az yatan insanlar öz həyatlarını təhlükə altına atır. Çünki bu cür həyat tərzi ölümlə nəticələnə bilər.

Yuxunun insan həyatı üçün olduqca əhəmiyyətli olduğunu vurğulayan mütəxəssislərin sözlərinə görə, az yatmaq təzyiqin qalxmasına səbəb olur. Xüsusən orta yaşlı insanlar az yatmaqla yüksək təzyiq riskini daha da artırırlar. Araşdırmalar zamanı az yatanların qan təzyiqinin normal səviyyədə yatanlarla müqayisədə yüzdə 83 faiz çox olduğu ortaya çıxıb.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.