Mümkün deyil...

12 Şubat 2015
1 383
0
Mümkün deyil...
Mümkün deyil...


Mümkün deyil...Arzularım…


Təmiz bir dünya istəyirəm hər şeyi yenidən başlayıb, daha səhv etməyəcəyim bir dünya

Bütün insanları saf, məsum, günahsız və şeytansız olan yeni bir dünya..

Təmiz bir vərəq istəyirəm qaralamadan, cızmadan yazacağım bir vərəq..Mümkün deyil...

Açıq bir səma istəyirəm qara buludlar üzərini örtməmiş, bütün arzulara açıq bir səma..

Açıq bir yol istəyirəm daşsız-maneəsiz, yıxılmadan yeni uğurlara aparacaq bir yol..

Mümkün deyil...Açıq bir qapı istəyirəm üzümə heç bağlanmadan bütün çətinliklərdən çıxa biləcəyim qapı..

Səmimi dostlar istəyirəm qəlbi büllur tək şəffaf, kinsiz, arxadan zərbə vurmayan dosltar..

Fırtına istəyirəm insanların qəlbindən pisliyi, paxıllığı, nifrəti, kədərləri söküb aparacaq bir fırtına..

Büllur yaz yağmuru istəyitəm bütün pis əməlləri, günahları yuyub insanları saflaşdıracaq bir yağış...Mümkün deyil...

Günəş istəyirəm insanların üzərinə çökmüş zülm və qəddarlıq zillətini aydınladıb yox edəcək, aydın sabahlara olan ümidləri cücərdəcək günəş...

Aruzlarım sonsuz, İstəklərim sərhədsiz, Gözlədiklərim isə mümkünsüzdür bilirəm...

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.