Neftin qiyməti dayanmadan qalxır - Yeniləndi

15 Şubat 2015
1 619
0
Neftin qiyməti dayanmadan qalxır - Yeniləndi
Neftin qiyməti dayanmadan qalxır - Yeniləndi
Bu gün dünya bazarında neftin qiyməti qalxmaqda davam edərək psixoloji həddi aşıb.

FeaT.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, “Brent” markalı neftin bir barrelinin qiyməti 6,8% bahalaşaraq 60,23 dollar olub.

Dünya bazarında VTI (West Texas Intermediate) markalı xam neftin bir barrelinin qiyməti isə 1,37% bahalaşaraq 51,91 dollar təşkil edib.

Ekspertlərin fikrinə görə, neftin qiymətinin qalxmasına səbəb Minskdə Ukrayna böhranının nizamlanmasına dair razılaşmanın əldə edilməsidir.




Dünya bazarında neftin qiyməti yenidən bahalaşıb.

Bu dəqiqəyə olan məlumata görə, “Brent” markalı neftin 1 barreli 61.19 dollara qalxıb. Yüngül neft isə 52.51 dollar olub.

***

Neftin qiymətində artım davam edir.

Bu dəqiqəyə olan məlumata görə, WTI markalı neftin bir barreli 52,76 dollara, "Brent" markalı neftin barreli isə 61,49 dollara qalxıb.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.