Pomidor dərini gözəlləşdirir.

17 Şubat 2015
1 667
0
Pomidor dərini gözəlləşdirir.
Pomidor dərini gözəlləşdirir.

Daha çox yeməklərdə istifadə etdiyimiz pomidor dərini gözəlləşdirmək üçün də əla vasitədir.

Feat.az Türkiyə mətbuatına istinadən sözügedən tərəvəzin faydalarını təqdim edir:

Tərkibindəki lokopen maddəsi dərini parıldadır və oksigenlə təmin edir.

Pomidorun tərkibində E vitamini mövcuddur. Bu da dəri qocalmasının qarşısını alır, elastikliyi artırır.

Gündə 1 ədəd pomidor yemək üzdəki qızartıları aradan qaldırır.

Gün ərzində istifadə etdiyimiz tonal kremlər, kirşan dəriyə hopub, nəfəs almasına mane olur. Pomidor üzdəki qara nöktələrin yox olmasına kömək edib, hüceyrələri yeniləyir. Qan dövranını yaxşılaşdırıb, dərinin rahat nəfəs almasına kömək olur.

Tərkibindəki A, C və E vitamini qara nöqtələrin əmələ gəlməsinin qarşısını alır.

Pomidoru qida kimi qəbul etməklə yanaşı, ondan müxtəlif maskalar da hazırlayıb, üzünüzə çəkə bilərsiniz.

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.