Putin Qarabağı Azərbaycana qaytarır

19 Şubat 2015
1 536
0
Putin Qarabağı Azərbaycana qaytarır
Putin Qarabağı Azərbaycana qaytarır


Rusiya qısa müddətdə Dağlıq Qarabağ münaqişəsini həll etmək barədə düşünür.

Bu barədə Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitənin sədrinin 1-ci müavini Vladimir Nikitin açıqlama verib.

Onun sözlərinə görə, rəsmi Moskva münaqişənin həll edilməsi üçün son illər səylərini daha da artırıb.

"
Mən bilirəm ki, Rusiya prezidenti Vladimir Putin və Dövlət Dumasının sədri Sergey Narışkin hazırda Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində razılığa gələ bilmələri üçün bir sıra məsələlər üzərində işləyirlər. Dalıq Qarabağ münaqişəsi tezliklə həll olunmalıdır. Ümid edirəm ki, tərəflər münaqişənin həlli yolunu tapacaqlar", - deyə Vladimir Nikitin bildirib.

Rusiya və Azərbaycan arasında möhkəm dostluq əlaqələrinin olduğunu deyən Nikitin növbəti illərdə Azərbaycan və Rusiyanın bir-birlərinə daha da yaxın ölkələr olacağına və rəsmi Bakının yaxın gələcəkdə Avrasiya İqtisadi Birliyinə daxil olmaq barədə düşünəcəyinə ümid etdiyini bildirib.


Putin Qarabağı Azərbaycana qaytarır
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.