Ərinin filminə baxmaq istəmədi – erotik səhnələrə görə
“Bozun 50 çaları” filminin qəhrəmanı, aktyor Ceymi Dornanın həyat yoldaşı Ameliya erotik səhnələrlə bol olan ekran işinə baxmaqdan imtina edib.FEAT.AZ xarici mətbuata istinadən xəbər verir ki, Ceymi xanımının bu işdə onu dəstəklədiyini desə də, filmi izləməməsinə belə aydınlıq gətirib:
“O, ürəkli qadındır və qərarları özü qəbul edir. Əlbəttə, erotik səhnələrdə məni başqa qadınla görmək onun üçün çox çətin olardı. Filmə baxmamaq qərarı onun haqqıdır".