Gözlə "yeridilən siçan”

22 Şubat 2015
1 068
0
Gözlə "yeridilən siçan”
Gözlə "yeridilən siçan”


Cənubi Koreyanın "Samsung Electronics" şirkəti əlillər üçün kompüter istifadəçisinin göz hərəkətini izləyən yeni həllini -"kompüter siçanı"nı nümayiş etdirib.
"EYECAN+" adlanan yeni qurğu gözlərin hərəkəti ilə mətnləri çap etməyə və bir sıra başqa əməliyyatları yerinə yetirməyə imkan verir.
"İCTnews" bildirir ki, yeni həll eynək kimi taxılan qurğunun təkmilləşdirilmiş versiyasıdır. Bu "siçan"ın köməyi ilə əlillər kursoru ekranda hərəkət etdirə, təsvirlərə baxa, pəncərələri aça və kompüter interfeysinin əlavələri üzrə keçid edə bilərlər.
"Samsung" növbəti il xeyriyyə məqsədilə əlillərə 100-dək "EYECAN+" qurğusu hədiyyə etmək fikrindədir. Şirkət bu texnologiya istiqamətinin sonrakı inkişafı üçün vençur şirkətlərin yeni texnologiyalardan istifadəsinə də imkan yaradacaq.
"Özügəzən siçan" 45 dollara satılacaq.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.