2014-cü ilin əsas ixtiraları

22 Şubat 2015
1 375
0
2014-cü ilin əsas ixtiraları
2014-cü ilin əsas ixtiraları



"Time" jurnalı bu il dünyaya təqdim edilmiş ən vacib innovativ məhsulların siyahısını dərc edib.
Bu siyahı yeni texnoloji cihazların qiymətləndirilməsi nöqteyi-nəzərindən maraqlı olub. Reytinqdə "Apple Watch", təhlükəsiz "Blackphone", həmçinin, "selfi" üçün ştativ və "Microsoft Surface Pro 3" planşeti 25 innovasiya arasında üst sıralarda yer alıb.

"Apple Watch". Bu ilin sentyabrında təqdim edilmiş, amma hələ satışa çıxarılmayan "ağıllı" saat "Top -25"-likdə altıncı və cihazlar arasında birinci pillədə qərarlaşıb. Dərgidə bu cihaz təsvir edilərkən yazılıb ki, "Apple Watch" yalnız "ağıllı" saat deyil, həm də kiçik portativ kompüterdir: "Bu saat özündə sensor ekranı və fiziki düymələri birləşdirir. Qurğu mesaj göndərə, göstərişlər verə, insan orqanizminin göstəricilərini izləyə və kontaktsız ödənişlər edə bilər".
"Apple Watch"ın buraxılışı ilə daşınan cihazlar bazarı yüksək inkişaf mərhələsinə qədəm qoyacaq.

"Blackphone". İspaniyanın "Geeksphone" startapı və "Silent Circle" şifrlənmiş rabitə firması tərəfindən hazırlanmış "Blackphone" dünyanın ilk təhlükəsiz smartfonu kimi təqdim edilib. Aparat telefon zənglərini, elektron məktubları, internet səhifələrini, baxılan mətnləri şifrləyə bilir. Qurğu istənilən GSM-daşıyıcı ilə işləyir.

"Microsoft Surface Pro 3". Bu planşet noutbukları əvəz etmək üçün yaradılıb. "Surface Pro 3" -"Microsoft"un istehsalı olan ən nazik və yüngül planşetdir. Eyni zamanda, tamölçülü noutbuk kimi eyni gücə malikdir.
Planşet nəfis dizayna, dördüncü nəsil "İntel Core i3" prosessoruna , 4 QB əməli yaddaşa, 64 QB tutumunda sərt diskə və daxili "MicroSD" kartriderinə malikdir.
Bu planşet sübut edir ki, artıq noutbuklar dövrü bitir.

"The Selfie Stick". "Selfi" üçün ştativ - bu, fotoportretlərin yaradılmasını asanlaşdırmaq üçün nəzərdə tutulub. Elə bu səbəbdən də ilin texnoloji cihazı koteqoriyasına daxil edilib.



2014-cü ilin əsas ixtiraları
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.