Kişilər bu qadınlara gözəl deyir!
Qısa boylu qadınları kişilər cazibədar edirmiş. İngiltərədə aparılan bir araşdırma kişilərin qısa boylu qadınları, uzun boylu qadınlara nisbətən daha cazibədar etdiyini bildirib.
Sorğuda iştirak edən kişilər bildirib ki, 1.53 boyunda olan qadınlar onlarda daha çox maraq oyadır. Qeyd edək ki, bu sorğuda 2 min kişi iştirak edib.
Mükəmməl qadını kişilər belə tərif ediblər: ayaq ölçüsü 36, 8 sm-lik topuqlu ayaqqabı, dırnaqlarında isə qırmızı rəngli boya. Kişilər bəyəndiyi qadın tiplərini də
açıqlayıb. Victoria Beckham, Angelina Jolie, Adriana Lima, Miranda Kerr, Sofi Loren və.s qadınlar kişilərin heyran olduğu qadın tipinə aiddir.
Araşdırmada başqa bir maraqlı tərəfdə üzə çıxıb. Kişilər ilk görüşdə qadınların ayaqlarına fikir verir və qadının xarakteri haqqında müəyyən bir fikrə gəlir.