"O, qədər botoks edirlər ki, tanınmaz haldadırlar"

28 Şubat 2015
1 149
0
"O, qədər botoks edirlər ki, tanınmaz haldadırlar"
"O, qədər botoks edirlər ki, tanınmaz haldadırlar"

Müğənni Fədayə Laçın oğlundan danışıb.
Feat.az-ın məlumatına görə, “ATV Maqazin” verilişinə açıqlama verən sənətçi övladının ünvanına təriflər yağdırıb:
“Tək istəyim oğlumun bu həyatda öz yolunu tapmasıdır. Çox sadə uşaqdır. Universitetdə oxuyur. Onun tələbetməyi xoşlamır. Hərdən dərsə gedəndə soruşuram ki, pulun var? Deyir, hə, 2 manat. Məndən pul istəməyə də qıymır. Ona ən çox yüz manat cibxərci verirəm”.
F.Laçın plastik əməliyyat etdirən həmkarlarını qınayıb:
“Allah istəsəydi sənə o görünüşü verərdi. Qaşda tükü təmizləyir, tatu edirlər, burunlarını kəsdirirlər. Hamısı botoks etdiriblər, üzlərinə baxanda bilmirsən ağlayır, yoxsa gülür. O, qədər əməliyyat edirlər ki, tanınmaz haldadırlar. Məhəbbət Kazımovun yas mərasimində anam da mənlə getmişdi. Evə gələndə deyir, filan müğənni niyə yox idi? Deyirəm, hamısı ordaydı. Anam təəccüblənib ki, o qədər əməliyyat etdiriblərsə, tanımaq olmur”.ə yoldaşları neçə aydan sonra biliblər ki, anası mənəm. Özünü belə şeylərlə reklam
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET