"Acun İlıcalı Elnuru buraxmayacaq" - Aygün Kazımova

01 Mart 2015
1 246
0
"Acun İlıcalı Elnuru buraxmayacaq" - Aygün Kazımova
"Acun İlıcalı Elnuru buraxmayacaq" - Aygün Kazımova

Xalq artisti Aygün Kazımova həmkarlarını sünilikdə ittiham edib.

Feat.az-ın məlumatına görə, "ATV Maqazin" verilişinə açıqlama verən müğənni sevdiyi insanlardan danışıb:
“Kamera qarşısına keçən kimi dəyişilirlər. Başlayırlar, "mən eləyəm, beləyəm" deməyə. Bəsdirin... Qəlbimdə bəzi insanlar var: onlarla zəngləşmək, gedib haradasa oturmaq istək göstəricisi deyil. Elə insan var ki, onu efirdə görəndə üzüm gülür, uğuruna sevinirəm. Amma ildə bir dəfə üzünü görürəm. Əsl istək budur".

A.Kazımova "O səs Türkiyə" yarışmasında qalib olan həmyerlimiz Elnur Hüseynovdan da söz açıb:
“Elnurla fəxr edirəm. Bu günə qədər ölkəmizi “Eurovision”da təmsil edənlər arasında ən uğurlu saydığım, parlaq gördüyüm Elnurla Samirin çıxışı idi. Elnur Türkiyədə fəaliyyətinə davam edəcək. Acun İlıcalı onu buraxmayacaq. O, kiminsə arxasında durursa, axıracan gedir. Onun ətrafında hər zaman ən istedadlı insanlar olub. Bir gün Samir Cavadzadənin də belə səs-küy doğuracağını bilirəm. Ondakı potensiala inanıram”.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET