YouTube Google`yə gəlir gətirmir?

02 Mart 2015
848
4
YouTube Google`yə gəlir gətirmir?
YouTube Google`yə gəlir gətirmir?

The Wall Street Journal qəzeti YouTube videohostinqinin fəaliyyəti haqda maliyyə informasiyası əldə edib. Məlum olub ki, bu videohostinq əvvəlki kimi Google şirkətinə gəlir qazandırmır.

Nəşr yazır ki, 2014-cü ildə YouTube videohostinqi 4 milyard dollar qazanıb, halbuki bir il əvvəl bu göstərici 3 milyard dollar təşkil edib. Bu halda xidmət hələ maya dəyərini çıxarmaq ərəfəsindədir
.

YouTubeun gəlir yoxluğu onunla izah olunur ki, bir çox istifadəçilər nadir hallarda videoxidmətin saytına daxil olur və kənar səhifələrdə pleyerlər vasitəsilə çarxları izləyirlər. Bundan başqa, Facebook və Twitter kimi internet şirkətləri tərəfindən rəqabət var.

YouTube-un auditoriyası 1 milyard istifadəçini ötür, aylıq 6 milyard saatlıq video izlənilir və dəqiqədə 100 saatlıq videoməzmun yüklənilir.

Xatırladaq ki, 10 il bundan əvvəl PayPal ödəmə sisteminin 3 köhnə əməkdaşı – Çad Xarli, Stiven Çen və Caved Kərim YouTube.com domen adını qeydiyyatdan keçirib.



EdiT:More..
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
_ESTRELLA_
her ikiside superdi
Dayisinin _ Əzizi
xebere gore twklerrr
Drea..
Xəbərə görə saol..///
Alev..
teşekkür çoxda mene LazımLı deiL
RƏY ƏLAVƏ ET