Azərbaycan ordusu erməni polkovniki öldürüb

05 Mart 2015
3 636
0
Azərbaycan ordusu erməni polkovniki öldürüb
Azərbaycan ordusu erməni polkovniki öldürüb


Ermənistan müdafiə naziri Seyran Ohanyan açıqlama verdi

Fevralın 28-də cəbhə xəttində öldürülən hərbçilərdən biri podpolkovnikdir.

Bunu Ermənistan müdafiə naziri Seyran Ohanyan deyib.

Onun sözlərinə görə, həmin gün Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində öldürülən 1979-cu il təvəllüdlü Artak Aqekyan podpolkovnik, 1995-ci il təvəllüdlü Ayk Baroyan isə müddətdən artıq xidmət edən əsgərdir.

Xatırladaq ki, fevralın 28-də Ermənistan ordusu cəbhə xəttində ağır itki verib. Həmin gün saat 14:25 radələrində Qarabağın şimal-şərq hissəsində düşmənin diversiya-kəşfiyyat qrupunun 2 hərbçisi öldürülüb.


Daha sonra həmin gün erməni hərbi bölmələri ikinci dəfə diversiya edərkən 6 düşmən əsgəri məhv edilib.

mənbə-anspress
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.