Azərbaycanda qadını döyənlər...- Onları sizdə tanıyın

09 Mart 2015
1 274
0
Azərbaycanda qadını döyənlər...- Onları sizdə tanıyın
Azərbaycanda qadını döyənlər...- Onları sizdə tanıyın

8 mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində zərif cinsin nümayəndələri daha çox hədiyyə istəkləri ilə, xoş sözlərlə gündəmə gəlsələr də, onlar arasında döyülən, söyülən, zorakılığa məruz qalanlar da az deyil.

Feat.Az qafqazinfo-ya istinadən bu məqamda təəssüflənərək döyülən qadınlarla bağlı hüquq-mühafizə orqanlarına edilən bəzi şikayətləri sizə təqdim edir:

Həyat yoldaşları tərəfindən döyülən xanımlar:

Nərimanov rayonu ərazisində K.Rəhimov küçəsində 1966-cı il təvəllüdlü İsa Ramazanov arvadı, 1973-cü il təvəllüdlü Kəmaləni döyüb.

Səbail rayonu T.Elçin küçəsində yaşayan 1987-ci il təvəllüdlü Günel Qurbanovanı həyat yoldaşı, 1978-ci il təvəllüdlü Musa Məmmədov döyüb.

Qeyri-rəsmi olaraq birlikdə yaşadığı kişilər tərəfindən döyülən qadınlar:

Nərimanov rayonu Ziya Bünyadov prospektində 1981-ci il təvəllüdlü Taleh Mirzəyev qeyri-rəsmi yaşadığı, 1991-ci il təvəllüdlü Svetlana Aleksandrovna Voropayevanı döyüb.

Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi AB yaşayış massivində yaşayan 1998-ci il təvəllüdlü Lalə Məmmədovanı qeyri-rəsmi yaşadığı, 1993-cü il təvəllüdlü Sahib İsmayılov döyüb və nəticədə hamiləliyi pozulub.

İctimai obyektlərdə, restoran, kafe və iş yerlərində döyülən zərif cinsin nümayəndələri:

Nəsimi rayonu A.Mustafayev küçəsində yerləşən çay evində Ümid adlı şəxs 1997-ci il təvəllüdlü Mehranə Mirzəyevanı döyüb.

Xətai rayonunda M.Hadi küçəsində yerləşən "Qala" kafesində 1984-cü il təvəllüdlü Ramin Əsgərov orada ofisiant işləyən 1983-cü il təvəllüdlü Təranə Alıyevanı döyüb.

Binəqədi rayonunda "Pinkaus" restoranında Pərviz adlı şəxs 1990-cı il təvəllüdlü Ülviyyə Zeynallını döyüb.

Tanımadığı kişilər tərəfindən döyülən qadınlar:.

Suraxanı rayonunda 3 nəfər naməlum şəxs 1998-ci il təvəllüdlü Pərvin Məmmədovanı zorla maşına midnirib, bir neçə dəqiqə sonra maşını saxlayaraq onu itələyib maşından küçəyə atıblar.

Sabunçu rayonunda Kürdəxanı qəsəbəsində naməlum şəxs 1982-ci il təvəllüdlü Xəyalə Abbasovanı döyüb. O, 3 saylı xəstəxanada yardım alıb evə buraxılıb.

Yasamal rayonunda Şərifzadə küçəsində iki nəfər naməlum şəxs 1992-ci il təvəllüdlü Sürəyyə Həmzəyevanı döyüblər.

Nərimanov rayonunda iki nəfər naməlum şəxs Koroğlu Rəhimov küçəsində 1974-cü il təvəllüdlü Nəzakət Musayevanı yaşadığı evdə döyüblər.

Mircəlal küçəsində Seçkin adlı şəxs həmin küçədə yaşayan 1995-ci təvəllüdlü Jalə Balakişiyevanı döyüb.

Bül-bül prospektində Məcid adlı şəxs 1966-ci il təvəllüdlü Gülmirə Ağayevanı döyüb.

Cavadxan küçəsində Ramin adlı şəxs Abşeron rayon sakini, 1988-ci il təvəllüdlü Şəfa Miriyevanı döyüb..

Tanışları tərəfindən döyülən xanımlar:

Səbail rayonu Lermantov küçəsində Yardımlı rayon sakini, 1980-ci il təvəllüdlü Nurlan Baxışov 1991-ci il təvəllüdlü Sevinc Əzizovanı döyüb.

Yasamal rayonunda 1979-cu il təvəllüdlü Babək Duniyev 1981-ci il təvəllüdlü Esmira İmanovanı döyüb.

Bu xronikada qeyd olunanlar yalnız Bakı şəhəri üzrə olan, yalnız bir neçə gün ərzində baş verən və yalnız polisə rəsmi olaraq şikayət edilən
hadisələrdir
.

R.t.Zemichka
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.