Məşhur "lotu" qızıl tabutda basdırıldı

31 Ağustos 2014
1 622
0
Məşhur "lotu" qızıl tabutda basdırıldı
Məşhur "lotu" qızıl tabutda basdırıldı


İrlandiyanın ən məşhur "xaç ata"larından biri, yerli "lotu" Endi Konnors dəfn olunub.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, "Fat" ("Tosqun") ləqəbli Endi Konnorsun tabutu 60 min dollara başa gəlib. Dublindəki dəfn mərasimində yerli kriminal aləmin yüzlərlə mənsubu iştirak etdiyi üçün polis küçələrdə keşik çəkirdi.

Dublinin qərbindəki Saqqart səmtində olan Müqəddəs Milad kilsəsindəki mərasimdən sonra Endi Konnors Veksfold qraflığındakı Sen-Mişel Qoridəki qəbristanlıqda torpağa verilib.

"Tosqun" ötən həftə malikanəsinin bağında, arvadının və uşaqlarının yanında olanda güllələnmişdi.
Dəfn mərasimində keşiş Endi Kanningem bildirib ki, E.Konnorsun ailəsi bu qətlə görə qisas almaq niyyətində deyil.
Mərhum Endi Konnors İrlandiyada "Səyahətçilər" adlı bandanın başçısı idi.

Polisdən verilən məlumata görə, "Tosqun" kimi məşhur "xaç atası"nın ailəsinin və əlaltılarının qisasdan imtina etmələri səbəbsiz deyil.
"Onun qətli ilə bağlı iki əsas versiya var. Birinci versiya "Tosqun"un "İrlandiya Azadlıq Ordusu"nun yaraqlıları tərəfindən güllələnməsidir.

İrlandiyada isə kimsə İRA ilə qarşı-qarşıya gəlmək istəməz. İkinci versiya isə Konnorsun Dublindəki məşhur iş adamlarından birinin sifarişi ilə güllələnməsidir. Konnors "çirkli pulların yuyulması" əməliyyatlarından birində həmin adama fırıldaq gəlmişdi", - polisin açıqlamasında deyilir.



Məşhur "lotu" qızıl tabutda basdırıldı

Məşhur "lotu" qızıl tabutda basdırıldı
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.