"Bu gün sənin üçün çox darıxmışam"

10 Mart 2015
6 866
0
"Bu gün sənin üçün çox darıxmışam"
"Bu gün sənin üçün çox darıxmışam"

"Bu gün sənin üçün çox darıxmışam"

Sevgini nəsildən-nəsilə ötür
Mənə xoş günündən bir parça gətir
Çalış tez özünü yanıma yetir
Bu gün sənin üçün çox darıxmışam

Sənə yazacağım vardır çox yazı
Ürəkdə xatirən qalıb ən azı
Payızın qadını tanrının qızı
Bu gün sənin üçün çox darıxmışam

Göz yaşım quruyub qalıb əlimdə
Vicdan ağrıları vardır belimdə
Sözlər təkrarlanır hər gün dilimdə
Bu gün sənin üçün çox darıxmışam


Sənsizlik yol gedir damarda,qanda
Yanında olmadım mən o zamanda
İnansanda belə inanmasanda
Bu gün sənin üçün çox darıxmışam

Nə gecəm olulbdur nədə gündüzüm
Üzünə baxmağa gəlmirdi üzüm
Bu sonuncu sətrim sonuncu sözüm
Bu gün sənin üçün çox darıxmışam.

"Bu gün sənin üçün çox darıxmışam"



- Süleyman Əliyev
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.