“WhatsApp”da yenilik - SƏSLİ ZƏNG

10 Mart 2015
5 056
0
“WhatsApp”da yenilik - SƏSLİ ZƏNG
“WhatsApp”da yenilik - SƏSLİ ZƏNG

“WhatsApp”da yenilik- SƏSLİ ZƏNG 2014-cü ildə Facebook tərəfindən satın alınan “WhatsApp” yeni versiyasını yayımlayıb. Yeni versiya ilə mobil mesajlaşma proqramına zəng xüsusiyyəti də əlavə edilib. FeaT.Az “marja.az”-a istinadən verdiyi xəbərə görə ilk fazada “Android” sistemi ilə çalışan ağıllı cihazlarda istifadə olunan yeni xüsusiyyət, istifadəçilərə “Skype”“Viber” kimi səsli danışıq xidməti təqdim edir.

SƏSLİ ZƏNG FUNKSİYASI NECƏ AKTİV EDİLİR?

“WhatsApp”ın yeni xüsusiyyətini ağıllı telefonlarında istifadə etmək istəyən istifadəçilərin etməsi lazım olan prosedur olduqca sadədir. Mobil cihazları ilə “WhatsApp”ın rəsmi internet səhifəsinə girən istifadəçilər burada download (endir) düyməsinə basaraq yeni versiyanı cihazlarına yükləyirlər. Yeni xüsusiyyətin “iOS” “Blackberry” kimi platformalara nə zaman gələcəyi haqda isə hələlik rəsmi bir açıqlama verilməyib. İnternet üzərindən ödənişsiz olaraq həyata keçiriləcək olan səsli zəng xidmətinin çox yaxtında bütün dünyaya təqdim edilməsi gözlənilir.

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.