Facebook-da qadağalar dövrü başlanır

17 Mart 2015
838
0
Facebook-da qadağalar dövrü başlanır
Facebook-da qadağalar dövrü başlanır

Dünyanın ən populyar sosial şəbəkəsi olan Facebook-da yeni qaydaların tətbiqinə başlanıb. Bu gün Facebook-un texniki servisi qaydalarla bağlı açıqlama yayıb.

Qlobal miqyasda 1,39 milyarddan artıq aktiv istifadəçisi olan Facebook-u universal kommunikasiya platformasına çevirmək istəyirlər və bu istiqamətdə artıq konkret addımlar atılmağa başlayıb.

Facebook-un rəsmi bloqunda yer alan açıqlamada sosial şəbəkənin yeni standartları bəyan edilib.

"Terrorçuların əsir və girovlarını edam etdikləri səhnələrin əks olunduqları videolarla yanaşı, Rusiyada etiraz aksiyalarına çağırışların yer aldığı statuslar yasaqlanmışdı. Təbii ki, bu, adekvat yanaşma deyildi. Sosial şəbəkədəki statuslar, açıqlamalar, video və audio materialların landşaftı mürəkkəbdir. Bundan sonra qaydalar dəyişir", - Facebook-un qlobal siyasət departamentinin rəhbəri Monika Brikett yazıb.

Yeni qaydalara görə, Facebook-da terror təşkilatlarının təbliğat və təşviqatına yönəlmiş materiallarla yanaşı, belə qruplaşmaları tərifləyən və ya dəstəkləyən statuslar da yasaqlanıb. İntiharlara, yaxud da qida davranış modellərinin pozuntularına səbəb olan statuslar, fotolar və videolar qadağandır.


Facebook potensial yasaq kontenti avtomatik axtarmaq və ya silmək niyyətində deyil. Bu məsələdə sosial şəbəkə istifadəçilərə güvənir.
Sosial şəbəkədəki "emodzi"lər arasında "Fat", yəni "gonbul" fiquru da ləğv olunub.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.