"Facebook"dan daha bir yenilik...

21 Mart 2015
1 111
0
"Facebook"dan daha bir yenilik...
"Facebook"dan daha bir yenilik...


"Facebook” sosial şəbəkəsi ismarış ilə pul göndərmək xidmətini təqdim edib.

Feat.Az xarici mətbuata istinadən xəbər verir ki, uzun müddətdir sözü gedən xidmət bu günlərdə rəsmən təqdim edilib. Belə ki, şəbəkənin “Messenger” tətbiqetməsi vasitəsilə pul göndərmək mümkün olacaq.

Pulu göndərmək üçün tətbiqetmədəki “$” işarəsinin üzərinə basmaq kifayət edəcək.

Təhlükəsizlik məqsədi ilə göndəriş zaman barmaq izi, yaxud PİN nömrə istənəcək. Mastercard və Visa bank kartları həyata keçiriləcək əməliyyat üçün digər tərəfin də eyni kartlara sahib olması lazımdır. Gələn pul dərhal onun hesabına yatırılır.

Yenilik hələ ki “Messenger” tətbiqetməsində aktivdir, gələcək aylarda iOS, Android və kompyuterlər üçün də hazırlanacağı güman edilir.

Qeyd edək ki, ölkəmizdə bu tətbiqetmənin istifadəsi sual altındadır, çünki banklarda pul köçürmələri zamanı müəyyən faiz tutulur. "Facebook" isə göndərişləri pulsuz, yəni heç bir faizsiz köçürəcəyini elan edib.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.