"Dünyanın ən çirkin qızı" haqqında film çəkilib.

23 Mart 2015
4 468
0
"Dünyanın ən çirkin qızı" haqqında film çəkilib.
"Dünyanın ən çirkin qızı" haqqında film çəkilib.

Dünyanın ən çirkin qadını” seçilən Lizzi Velaskezin həyatı haqda sənədli film çəkilib.

Feat.Az xarici mətbuata istinadən xəbər verir ki, doğulandan bəri kökəlməyən amerikalı Velaskez haqda çəkilən “Cəsur Ürək” adlı sənədli film hazırda Texasda davam edən "South by Southwest" (SXSW) festivalı çərçivəsində yayımlanır.

Bədənində yağ hüceyrəsi olmayan və buna görə də 29 kiloqramdan artıq kökələ bilməyən Velaskez bir kitab müəllifidir və hazırda Amerikada “başqalarına lağ etmək, şəxsiyyətini alçaltmağa” qarşı qanunun qəbulu üçün lobbi fəaliyyəti ilə məşğuldur.

23 yaşlı Velaskez bir gözünün korluğu və arıqlığına gör bütün uşaqlığı boyu “lağlağı və pis zarafatlarla” üzləşib və indi buna qarşı mübarizə aparır. “Dünyanın ən çirkin qadını” seçildiyini öyrənəndən sonra dəfələrlə intihara cəhd etsə də, həyatda qala bilib. 2013-cü ildə TED konfranslarındakı çıxışı Youtubeda 7 milyondan çox izlənib, apardığı kampaniyaya milyonlarla dollar dəstək verilib.

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.