Ancelina Coli bir daha ana ola bilməyəcək.

26 Mart 2015
1 666
0
Ancelina Coli bir daha ana ola bilməyəcək.
Ancelina Coli bir daha ana ola bilməyəcək.


Hollivudun məşhur simalarından olan aktrisa Ancelina Coli növbəti dəfə əməliyyat olunub.

Feat.Az-ın məlumatına görə, bu haqda Coli "New York Times" qəzetinə yazdığı məktubda xəbər verib. Bu dəfə onun yumurtalıqları və analıq borusu götürülüb. Beləcə, o, bir daha ana olmaq qabiliyyətini itirib.

Coli açıqlamasında yumurtalıqlarından birində kiçik xoşxassəli şiş əmələ gəldiyini və xərçəngdən tamamilə xilas olmaq üçün belə addım atdığını bildirib:

"Bundan sonra övladım olmayacaq və orqanizmimdə dəyişiklik baş verəcək. Amma buna hazıram. Ona görə yox ki, mən güclüyəm. Ona görə ki, bu həyatımın bir hissəsidir. Heç nədən qorxmamalıyam. Özümə söz vermişəm ki, sakit olacam. Övladlarımı böyüdüb, nəvə sahibi olana qədər ölüm haqda düşünməyəcəm".

Qeyd edək ki, Ancelina 2013-cü ildə əməliyyat olunmuş və süd vəzilərini kəsdirmişdi. Aktyor Bred Pittlə ailəli olan ulduzun altı övladı var.

Edit By:More..
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.