Azərbaycanda “WhatsApp” biabırçılığı

01 Eylül 2014
1 804
0
Azərbaycanda “WhatsApp” biabırçılığı
Azərbaycanda “WhatsApp” biabırçılığı



"WhatsApp”dakı söhbət dava ilə nəticələnib.

Ağcabədi rayonunun "Ağ göl” ərazisində müvəqqəti məskunlaşan Laçın rayonunun Şeylanlı kənd sakini Əli Səmədovqohumu tərəfindən döyülüb.

Onun bildirdiyinə görə, Bərdə rayonu ərazisində yaşayan həmkəndlisi Rəşad Səlim oğlu Mirzəyev ilə telefonda "WhatsApp” vasitəsi ilə söhbət ediblər. Bir müddətdən sonra qohumu ona qarşı zarafat etmək adı ilə təhqiramiz söz işlədib. Əli Səmədov ona bu cür zarafat etməməyi məsləhət görüb. Onun bu xəbərdarlığından sonra tərəflər arasında mübahisə yaranıb. Bir müddət davam edən mübahisədən sonra Rəşad Mirzəyev onunla görüşərək söhbətə son qoymağı təklif edib. Onların görüşü isə dava ilə nəticələnib və Əli Səmədov döyülüb. O, Bərdə Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Əli Səmədovun dediyinə görə, onu döyən Rəşad Mirzəyev idmançıdır. Artıq onunla bağlı Ağcabədi Rayon Polis Şöbəsinə müraciət olunub.



Redakta etdi:Gulshen
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.