İçəri Şəhərə giriş məhdudlaşır-"Əli və Nino"nun çəkilişlərinə görə"

02 Nisan 2015
1 358
0
İçəri Şəhərə giriş məhdudlaşır-"Əli və Nino"nun çəkilişlərinə görə"

İçəri Şəhərə giriş məhdudlaşır-"Əli və Nino"nun çəkilişlərinə görə"

Qurban Səidin eyniadlı əsəri əsasında ekranlaşdırılan “Əli və Nino” filminin çəkilişləri apreldə “İçərişəhər”də davam edəcək.
FeaT.Az-ın lent.az-a istinadən xəbərinə görə, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib ki, filmin çəkilişləri ilə əlaqədar aprelin 1-dən 14-nə qədər sözügedən məkana avtomobillərin girişi və hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Aprelin 4-dən "İçərişəhər"in Qoşa Qala Qapısı girişindən nəqliyyatın hərəkəti tamamilə dayandırılacaq. Neftçilər prospekti tərəfindən olan girişdən isə giriş-çıxış yalnız İçərişəhərin sakinləri və elektron kart sahibi olan digər rezidentlər üçün açıq olacaq. Çəkilişlər əsasən "İçərişəhər"in Qoşa Qala Qapısı meydanında və Asəf Zeynallı küçəsində keçiriləcək. Çəkilişlərlə əlaqədar "İçərişəhər"in sakinləri və qonaqları üçün yarana biləcək müvəqqəti narahatçılığın minimuma endirilməsi məqsədi ilə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən bütün lazımi tədbirlər görüləcək.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.