Təhsil naziri: Mayın 31-i son gündür...

03 Nisan 2015
3 090
0
Təhsil naziri: Mayın 31-i son gündür...
Təhsil naziri: Mayın 31-i son gündür...

Nazir: Mayın 31-i son gündür
“Bu, Azərbaycanın ictimai həyatında çox böyük bir hadisədir”.

Bu il Avropa Oyunlarının Bakıda keçirilməsi səbəbindən keçən ilin oktyabr ayında Nazirlər Kabinetinin qəbul etdiyi xüsusi qərarı ilə təhsil müəssisələrində tədris ilinin müddətinə müəyyən düzəlişlər edilib.

FeaT.Az APA-ya istinadən xəbər verir ki, təhsil naziri Mikayıl Cabbarovun sözlərinə görə, 31 may tarixinə kimi bütün təhsil müəssisələrində - ümumu təhsil, ali və orta ixtisas təhsili müəssisələrində tədris prosesi və imtahan sessiyasının başa çatdırılması nəzərdə tutulur.

Onun sözlərinə görə, çox sevindirici bir haldır ki, Avropa Oyunlarının keçirilməsi tələbələr, şagirdlər arasında çox müsbət qarşılanır:

“On minlərlə könüllü məhz təhsil sistemindən bu oyunları dəstəkləmək və öz töhfəsini vermək üçün qoşulub. Bu bizi çox sevindirir. Bu istiqamətdə biz lazım olan dəstəyi həm könüllülərə, həm də müvafiq təhsil müəssisələrinə verməyə hazırıq. Təhsil sisteminin hər bir üzvünü - həm təhsilverənləri, həm də təhsil alanları Avropa Oyunlarına daha yaxından iştirak etməyə çağırıb. Bu, Azərbaycanın idman tarixi və ictimai həyatında çox böyük bir hadisədir”.

Qeyd edək ki, ötən gün Nazirlər Kabinetinin qərarına əsasən, Avropa Oyunları ilə əlaqədar Bakıda iş vaxtı rejimi dəyişdirilib. Bu dəyişiklik növbəli iş vaxtı rejimi əsasında və təhsil müəssisələrində işləyənlərə şamil edilməyəcək.


R.T.Zemichka
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.