28 yaşlı həkim qız yoxa çıxıb

04 Nisan 2015
1 358
0
28 yaşlı həkim qız yoxa çıxıb
28 yaşlı həkim qız yoxa çıxıb


“Qafqazinfo” nun əldə etdiyi məlumata görə, martın 16-da saat 19:30 radələrində Bakı sakini 1987-ci il təvəllüdlü Təranə Hacıyeva həkim işlədiyi Biləcəri qəsəbəsi A.Zeynallı küçəsində yerləşən 2 saylı Poliklinikadan özünə məxsus "Mercedes" markalı 10 DL 044 nömrəli avtomobillə çıxaraq naməlum istiqamətdə hərəkət edib. Avtomobil martın 17-də saat 17:30 radələrində Xətai rayonu, M.Mehdizadə küçəsində saz vəziyyətdə tapılsa da, xanım sürücüdən isə hələ də xəbər yoxdur.

Xətai RPİ 37-ci Polis Bölməsindən həkimin yoxa çıxması ilə bağlı məlumatı təsdiqləyiblər. Bildirilib ki, faktla bağlı İstintaq Şöbəsində araşdırma aparılır.

Poliklinikadan bildirilib ki, həkim 2 həftədir işə çıxmır. Harda olması barədə məlumat yoxdur.
28 yaşlı həkim qız yoxa çıxıb
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.