İtkin düşən balıqçılardan - SON XƏBƏR

09 Nisan 2015
1 241
0
İtkin düşən balıqçılardan - SON XƏBƏR
İtkin düşən balıqçılardan - SON XƏBƏR
FHN məlumat yayıb.

Sumqayıt şəhəri ərazisindən motorlu qayıqla dənizə balıq tutmaq məqsədilə çıxmış 3 balıqçının axtarışları davam etdirilir.

FeaT.Az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, axtarışlara nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasedicilərinin əlavə qüvvələri də cəlb olunub. Bundan başqa, axtarışlarda Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri və Aviasiya Dəstəsinin əməkdaşları da iştirak edir.

Qeyd edək ki, aprelin 7-də FHN-nin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri ərazisindən motorlu qayıqla dənizə balıq tutmaq məqsədilə çıxmış 3 balıqçının itkin düşməsi barədə məlumat daxil olub.

08.04.2015

Xəzər dənizində üç balıqçı itkin düşüb.

Oxu.Az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhəri ərazisindən motorlu qayıqla dənizə balıq tutmaq məqsədilə çıxmış 3 balıqçı itkin düşüb.

Dərhal FHN dalğıc-xilasediciləri və Aviasiya Dəstəsi həmin şəxslərin axtarışlarına başlayıblar. Əlavə məlumat veriləcək.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.