Bakının mərkəzində pişik insanlara dərs keçdi - VİDEO

10 Nisan 2015
2 644
0
Bakının mərkəzində pişik insanlara dərs keçdi - VİDEO
Bakının mərkəzində pişik insanlara dərs keçdi - VİDEO

Heyvan qaydalara riayət etdi, insan isə yox...

Bakının mərkəzində düşündürücü hadisə lentə alınıb.

Səməd Vurğun küçəsi ilə hərəkət edən sürücünün avtomobildə olan videoqeydiyyatçısı vasitəsi ilə pişiyin insanlar üçün nəzərdə tutulan piyada keçidindən istifadə etdiyi lentə alınıb.

Hadisə zamanı daha bir maraqlı məqam üzə çıxıb. Belə ki, pişik insanlar üçün nəzərdə tutulan piyada keçidindən istifadə etdiyi zaman, həmin ərazidə olan insanlardan biri avtomobillər üçün nəzərdə tutulan yolun düz ortasından keçir.

Qeyd edək ki, 2015-ci il yanvarın 1-dən martın 29-dək Bakı şəhərində 218 yol-nəqliyyat hadisəsi baş verib. Baş verən qəzalar nəticəsində 62 nəfər ölüb, 263 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yol hərəkəti qaydalarını pozan 24 845 piyada qanunvericiliyə uyğun qaydada məsuliyyətə cəlb edilib.

oxu.az


Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.