Əllərə qulluq.

11 Nisan 2015
1 553
0
Əllərə qulluq.
Əllərə qulluq.

Yaz boyunca isti havalara alışan dərimiz qışda çatlamağa başlayır. Bir çoxumuz hər qış çatlayan əllərimizdən bezirik hətda. Əslində bir neçə nöqtəyə diqqət yetirdiyimiz müddətcə bunun önünə keçə bilərik. Əgər bu qış əllərinizin çatlamasını önləmək istəyirsinizsə sizə tam 5 fərqli təklifim var. Həm də olduqca asandır.

Budur, əllərinizi qoruyacaq 5 təklif:


1. Soyuq havalarda çölə çıxarkən mütləq əlcək istifadə edin. Əlləriniz bir soyuq hava bir isti hava deyərkən nəmini itirir. Buna görə həmişə isti tutmağa çalışın.

2. Hər gecə yatmadan əvvəl əllərinizə qliserin tərkibli nəmləndirici kremlər tətbiq edin. Vazelin bunun üçün əladır.

3. Təmizlik edəcəksinizsə mütləq rezin əlcək istifadə edin. Əllərinizi uzun müddət suya məruz buraxmayın.

4. Bol bol su için. Dərinizi susuz buraxmayın. Qurumasına icazə verməyin.

5. Xüsusilə qışda bol bol tərəvəz və meyvə qəbul edin. Vitamin əskikliyi əllərinizin quruyub çatlamasına səbəb olur.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.