Bakı haqqında yeni film çəkilib

11 Nisan 2015
1 311
0
Bakı haqqında yeni film çəkilib
Bakı haqqında yeni film çəkilib
Film ölkəmizin Macarıstandakı Azərbaycan səfirliyinin dəstəyi ilə ekranlaşdırılıb.

“Dünya paytaxtları” silsiləsindən Bakı haqqında sənədli film üzərində iş başa çatıb.

FeaT.Az-ın Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, ekran işini Macar Kinematoqrafçılar Gildiyasının üzvü, rejissor, prodüser və film direktoru Bela Dospod çəkib.

Film ölkəmizin Macarıstandakı Azərbaycan səfirliyinin dəstəyi ilə ekranlaşdırılıb.

Müəllifin London, Lissabon, Tunis, Bratislava, Praqa kimi paytaxtlardan bəhs edən filmlərinin ardınca Azərbaycan paytaxtı haqqındakı ekran işi yerli telekanallarla nümayiş etdirilib.


26 dəqiqəlik film Budapeştdən Bakıya, artıq neçə ildən bəri burada yaşayan rəfiqəsinin yanına gələn macar gəncinin ölkəmizin paytaxtı ilə tanışlığını əks etdirir. Onlar birlikdə Bakı və şəhərətrafını gəzib dolaşırlar. Qobustan qayalarına, neft mədənlərinə, Yanardağa, palçıq vulkanlarına tamaşa edirlər. Tar musiqisi ilə müşayiət olunan film boyu iki macar gənci ölkəmiz haqqında təəssüratlarını bölüşür, həmvətənlərini turist kimi Bakıya gəlməyə, Azərbaycanla daha yaxından tanış olmağa səsləyir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.