Qeyri-Adi Qadağalar

05 Eylül 2014
2 243
0
Qeyri-Adi Qadağalar
Qeyri-Adi Qadağalar

McDonalds ilk dəfə 1988-ci ildə Boliviyada açılanda yeməklərini sevən bir boliviyalı da yox idi. Buna görə heç bir satış olmurdu. 2002-ci ildə mesajı alan şirkət ölkədən çıxıb getdi. Beləliklə, Boliviya Mcdonaldsı olmayan ilk Cənubi Amerika ölkəsidir.



Kuba 2005-ci ildə elektrik lampalarının istifadəsini və satışını qadağan edərək, tez bir zamanda floresan lampaların istifadəsinə başladı. Ardınca Argentina elektrik lampaların istifadəsini dayandırdı. Sonra Asiya və Avropanın bir çox ölkəsi bu qadağanı tətbiq etdi.



2011- ci ildə Fransa məktəb yeməkxanalarında ketçupdan istifadəni qadağan etdi. Səbəbi isə sağlamlığa zərərli olması deyil, yemək mədəniyyətini qorumaqdır.



İngiltərənin şimal-qərbində qatarlarda öpüşmək qadağandır. Heç bir pul cəzası tətbiq edilməsə də, qatar işçiləri sizi qatardan endirə bilərlər.



Floridada gözəllik salonuna gedən qadınların saç qurutma alətindən istifadə edərkən xoş hal olub yatması qadağandır. Evli olmayan qadınların bazar günləri paraşütdən tullanması qadağandır. At oğurluğunun cəzası isə edamdır.



İtaliyada göyərçin bəsləmək qadağandır.



Taylandda üstü açıq maşınları sürməyin cəzası 10 dollardır.



Almaniyada maşın yolunda gəzmək qadağandır. Avtobusdan düşüb piyada yola davam edə bilməzsiniz.



Sinqapurda saqqız çeynəmək, yerə tüpürmək, unitazın suyunu çəkməməyin hər birinin cəzası 100 dolları keçir.



Yatan ayını şəkil çəkdirmək üçün oyandırmaq, maralı hərəkətdə olan təyyarədən aşağı tullamaq qadağandır. Fabrians kəndində marala spirtli içki verməyin cəzası həbsdir.



İtaliyanın Reqqio Emilia şəhərində tarixi abidələrin pilləkənlərinə oturmaq qadağandır.



Kanadada yağış yağarkən çəmənlər sulanmır. Pəncərə və qapıların çəhrayı rəngə boyanması qəbul edilmir.



Bazar günləri İsveçrədə paltar asmaq qadağandır. Sperk şəhərində isə bir kişinin baş barmağından enli sobayla qadını döyməsi qadağandır.



Lee mahalında çərşənbə günləri gün batdıqdan sonra yerfındığı satmaq qadağandır.



Arizonada bir kaktusu kəsməyin cəzası 25 il həbsdir.



Eşşəklərin ləyəndə yatması qadağandır. Maricopa mahalında bir evdə 6-dan çox qadın yaşamır.



Arcdia şəhərində tovuzquşlarının maşın yolundan keçmək ixtiyarları var. Baldbin Parkda hovuzda velosiped istifade etmək qadağandır.



Amerikanın Little Rock qəsəbəsində küçədə öpüşənlər həbslə cəzalandırılırlar.



Cənubi Dakotada ağ dərili öz evində, ya da ərazisində 5-dən artıq qızıl dərili görərsə, öldürə bilər.



Ontarioda xoruzların kənd sərhədləri daxilində ötmələri qadağandır.



Missisipi əyalətində qeyri-təbii cinsi əlaqəninin cəzası 10 il həbsdir.



Montanada 7, ya daha çox qızıldərili görsəniz, vicdan əzabı çəkmədən öldürə bilərsiniz. Bir qadının ərinə aid məktubu açması ağır günahdır.



Ohioda balıqları sərxoş etmək qadağandır.



Klinton mahalında ictimai binaya söykənmək qadağandır.



Paldinqdə polis itlərinin dişləmək haqqı var.



Eureka şəhərində bığlı kişilərin qadınları öpməsi qadağandır.




Kentucky əyalətində eyni kişi ilə 4 dəfə evlənib boşanmaq qadağandır. Miçiqanda qadının saçı qanunla ərinə aid hesab olunur. Burada maşında sevişmək də qadağandır.
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.