Yahoo! və Microsoft yenilik etdi

19 Nisan 2015
1 533
0
Yahoo! və Microsoft yenilik etdi
Yahoo! və Microsoft yenilik etdi


Feat.az bildirir ki, dəyişiklik Yahoo! şirkətinə axtarış nəticələrinin mobil telefonlarda və kompüterlərdə necə göstərilməsinə əlavə səlahiyyətlər verir.

Microsoft-un keçmiş baş direktoru olan Stiven Balmer və Yahoo! şirkətinin keçmiş rəhbəri olan Karol Bartz tərəfindən yaradılan 10 illik partnyorluq tərəflərə 5 il keçdikdən sonra dəyişiklik və ya sazişi ləğv eləməyə imkan verir. Keçən ay müqavilənin təkrar baxılması üçün şirkətlər 30 gün vaxt ayırıblar.

Daha əvvəl Microsoft Bing axtarış sistemi nəticələrin Yahoo! veb saytlarda necə göstərilməsini idarə edirdi. Microsoft indi reklamları özünün Bing Ads Platformanın köməyi ilə çatdırır. Yahoo! buna qədər Bing axtarış reklamlarının satışına cavabdeh idi. Müqaviləyə gəlirin paylaşılması daxildir. Razılaşmaya görə, Microsoft Yahoo! axtarış sistemindən çatdırılmış Bing reklamlarına görə müəyyən faiz ödəyir. Bu struktur dəyişməz qalır.

Qeyd edək ki, yayılan informasiya fonunda bu səhər Yahoo! və Microsoft səhmlərinin qiymətinin azalması müşahidə olunub.
Yahoo! və Microsoft yenilik etdi
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.