Facebookda işləmək istəyənlərin cavablandırmalı olduğu 18 sual - Foto

22 Nisan 2015
1 191
0
Facebookda işləmək istəyənlərin cavablandırmalı olduğu 18 sual - Foto
Facebookda işləmək istəyənlərin cavablandırmalı olduğu 18 sual - Foto

İşə qəbul olmaq istəyən şirkət rəhbərliyi tərəfindən hazırlanmış 18 suala cavab verməlidir.

Dünyanın ən böyük və populyar sosial şəbəkəsi olan facebook işə qəbuletmə şərtlərinə görə digər şirkətlərdən daha öndədir.FeaT.Az İnter.aza istinadən Hətta qoyduğu şərtlərin yüngüllüyünə və rahatlığına görə dünya şirkətləri arasında birinci hesab olunur. İlkin mərhələ üçün şirkət işçilərə nə az, nə çox, 5 min dollar maaş təklif edir. Təbii ki, belə bir təklif isə hər kəsin ürəyincədir. Lakin işə qəbul şərtləri rahat olmaqla yanaşı, həm də olduqca kreativdir. Deməli facebook işə qəbul olmaq istəyən şirkət rəhbərliyi tərəfindən hazırlanmış 18 suala cavab verməlidir. Belə ki, verilən cavablarla işləmək istəyən şəxsin bütün şəxsi keyfiyyətləri və intellekt səviyyəsini müəyyən etmək olur. Suallar aşağıdakılardan ibarətdir.

1. Fərz edək ki, 100 mərtəbəli binadasan və sənə tamamilə bir-birinə oxşar 2 yumurta veriblər. Məqsəd isə yumurtanı hansı mərtəbədən atacağın halda sınmayacağını müəyyənləşdirməkdən ibarətdir. Bu 2 yumurtadan istifadə edərək yumurtanın qırılmayacağı ən yuxarı mərtəbəni necə müəyyənləşdirə bilərsən.

Facebookda işləmək istəyənlərin cavablandırmalı olduğu 18 sual - Foto


2. Əgər bir bankomatı sıfırdan hazırlamağı sənə həvalə etsəydilər necə edərdin və nələri dəyişdirərdin?

Facebookda işləmək istəyənlərin cavablandırmalı olduğu 18 sual - Foto


3. Bütün facebookda bir gündə neçə dənə ad günü postu yazılır?

Facebookda işləmək istəyənlərin cavablandırmalı olduğu 18 sual - Foto


4. İstanbul şəhərindəki bütün şüşələri təmizləmək üçün nə qədər pul istəyərdin?

Facebookda işləmək istəyənlərin cavablandırmalı olduğu 18 sual - Foto


5. Əgər səni Facebooka işə götürsək, buradakı ilk günündə nə edərsən?

Facebookda işləmək istəyənlərin cavablandırmalı olduğu 18 sual - Foto


6. Web saytlar işləmə necə işləyir və işlədilir?

Facebookda işləmək istəyənlərin cavablandırmalı olduğu 18 sual - Foto

7. Səncə bütün Amerikada neçə dənə tozsoran var?

Facebookda işləmək istəyənlərin cavablandırmalı olduğu 18 sual - Foto


8. Sənin olduğun yerdə kabelsiz internet şəbəkəsi ilə insanların online videoya baxmasının qarşısını necə ala bilərsən? Onu da nəzərə al ki, kabelsiz şəbəkədə idarəçi sən deyilsən və hər cür qeyri-leqal üsulladan istifadə etməyə imkan verirlər.

Facebookda işləmək istəyənlərin cavablandırmalı olduğu 18 sual - Foto


9. Təsəvvür edək ki, Rusiya mafiyası tərəfindən qaçırılmısan və səni “rus ruletkası” oynamağa məcbur ediblər. Barabanına 6 güllə yerləşən silaha 2 güllə yerləşdirərək sənə veriblər. Birinci atış boş çıxır. Növbəti atəş üçün barabanı fırlayardınızmı? Nəzərə alın ki, hər iki halda vurulma ehtimalınız var….

Facebookda işləmək istəyənlərin cavablandırmalı olduğu 18 sual - Foto


10. Keçmişinlə bağlı ən az qürur duyduğun şey nədir?

Facebookda işləmək istəyənlərin cavablandırmalı olduğu 18 sual - Foto


11. Facebookun sahib olduğu bütün məlumatlara və şeylərə sahib olsaydın nə edərdin?

Facebookda işləmək istəyənlərin cavablandırmalı olduğu 18 sual - Foto


12. Sənin son 20 il ərzində ən yaxşı kəşfin nə olub?

Facebookda işləmək istəyənlərin cavablandırmalı olduğu 18 sual - Foto


13. Əlində 100 dənə sənə aid olmayan kredit kartı məlumatı var. 24 saat ərzində, yalnız onunla əməliyyat həyata keçirərək ən çox pulu necə qazanarsan? (Əlbəttə həbs olunmayacağını fərz edərək)

Facebookda işləmək istəyənlərin cavablandırmalı olduğu 18 sual - Foto


14. 25 yarış atı və onların qarşısında 5 maneə var. Sürət ölçən cihaz isə yoxdur. Ən sürətli və zəif qaçan atı necə müəyyənləşdirə bilərsən?

Facebookda işləmək istəyənlərin cavablandırmalı olduğu 18 sual - Foto


15. Bir profilin saxta olub-olmadığını necə müəyyənləşdirə bilərsən?

Facebookda işləmək istəyənlərin cavablandırmalı olduğu 18 sual - Foto


16. Başqa bir şəhərə getməmişdən öncə həmin şəhərdə yaşayan 3 dostuna zəng edərək orada yağışın yağıb-yağmadığını soruşaraq özünlə çətir götürüb-götürməməyi müəyyənləşdirmək istəyirsən. Bütün dostların 1/3 ehtimalla yalan danışa bilərlər. Belə olan halda sənin həmin şəhərdə yağışın yağması ilə bağlı ehtimalın necə olar?

Facebookda işləmək istəyənlərin cavablandırmalı olduğu 18 sual - Foto


17. Sizcə internetdə nə qədər pul xərclənir?

Facebookda işləmək istəyənlərin cavablandırmalı olduğu 18 sual - Foto


18. Əgər bir heyvan olsaydın, hansını seçərdin? Niyə və hansı səbəbə görə?

Facebookda işləmək istəyənlərin cavablandırmalı olduğu 18 sual - Foto
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.